15 fevral 2024, 12:20
Rübabə İsmayılovadan, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezidentimiz,
Sizi yenidən Prezident kürsüsündə gördüyümüz üçün çox şadıq. Təkrar ölkə başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ali Baş Komandanlığınızla qəhrəman Ordumuzun tarixi Azərbaycan torpaqlarını düşməndən azad etməsi bizi xalq olaraq qürurlandırdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dövlət başçısı olaraq Sizin apardığınız müdrik siyasətin uğurlu nəticəsidir.
Növbəti prezidentlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Rübabə Mirağa qızı İsmayılova, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı
Azərbaycan Respublikası, Goranboy rayonu, Tapqaraqoyunlu kəndi.