15 fevral 2024, 11:53

Bayram Xudayarovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Ali Baş Komandan!

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qalib xalqın qalib Lideri olaraq Zəfər seçkisində parlaq qələbəniz xalqımızın yekdil iradəsi ilə Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası yolunda möhtəşəm fəaliyyətinizə və tarixi xidmətlərinizə verilən yüksək qiymətin, Sizə olan böyük inam və etimadın bariz ifadəsidir.

Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilən, xüsusi bir coşqu ilə baş tutan bu səsvermənin nəticələri böyük əzm, mətanət və dəyanətlə davam etdirdiyiniz Ulu Öndər Heydər Əliyev yoluna xalqımızın bağlılığının və sədaqətinin, unudulmaz Heydər Əliyev amallarının Sizin əməllərinizlə möcüzəvi şəkildə gerşəkləşməsinin parlaq təcəssümüdür.

Hədsiz sevinc və fərəh içində olduğumuz bu anlarda Sizə və ailənizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, səadət, Vətənimizin yüksəlişi naminə genişmiqyaslı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Bayram Xudayarov

Azərbaycan Respublikası, Bakı şəhəri.