15 fevral 2024, 09:45

“Kanada Azərbaycanlı Tələbələr Assosiasiyası”ndan, Ottava, Kanada

Hörmətli cənab Prezident,

Biz, “Kanada Azərbaycanlı Tələbələr Assosiasiyası” olaraq 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik.

Siz Azərbaycanın inkişafı naminə atdığınız addımlarda daim güclü bir liderlik sərgiləmiş, xalqımızın rifahı və ölkəmizin beynəlxalq arenadakı təsirini artırmaq üçün var gücü ilə çalışmışsınız. Sizin idarəetmə təcrübəniz sayəsində Azərbaycan tarixi nailiyyətlər əldə etmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Xalqımız Sizin rəhbərliyinizlə gələcəyə ümid və qürur hissi ilə baxır. Bunu Azərbaycan xalqı, növbədənkənar prezident seçkilərində Sizin liderliyinizə olan etimadını açıq şəkildə nümayiş etdirərək sübut etmişdir.

Qələbələri ilə Azərbaycanın yolunu açan lider olaraq Sizinlə fəxr edir, başçılığınız altında ölkəmizin daim inkişaf etməsini, hər zaman sülhün, sabitliyin olmasını arzulayır.

Cənab Prezident, növbəti illərdə də qazanılacaq uğurların ölkəmizin davamlı inkişafına önəmli töhfə verəcəyinə inanırıq.

Hörmətlə,

“Kanada Azərbaycanlı Tələbələr Assosiasiyası”

Kanada, Ottava şəhəri.