15 fevral 2024, 09:30

İslam Hüseynovdan, Ulyanovsk, Rusiya

Çox hörmətli cənab Prezident,
“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının üzvləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Sizin layiqli qələbəniz ölkə vətəndaşlarının dəstəyini və etimadını qazanan, gücünü və enerjisini vətəndaşların firavanlığı və rifahı naminə yönəltməyi bacaran bacarıqlı və təcrübəli rəhbərin nüfuzuna xalqın etimadını təsdiq edir.
Sizə Azərbaycan Respublikasının inkişafındakı sürəti qoruyub saxlamaqla yanaşı hədəflərinizə doğru inamla addımlamağı arzu edirəm. Sizin təcrübəniz, cari problemlərin ən xırda məqamlarını dərindən təhlil qabiliyyətiniz, komandanızın peşəkarlığı qarşıya qoyulan vəzifələrin uğurla həllinə öz töhfəsini verəcək və seçicilərin göstərdiyi etimad, əlbəttə ki, yaxşı nəticələrə çevriləcəkdir!
Biz Sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycanla Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə xüsusi minnətdarlığımızı bildirmək istərdik. Əminik ki, Siz fəaliyyətinizlə bundan sonra da ikitərəfli münasibətlərin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə əsaslı töhfə verəcəksiniz.
Hörmətli Prezident, Sizə şərəfli işinizdə parlaq qələbələr, planlarınızın həyata keçirilməsində uğurlar, yeni nailiyyətlər, Sizə və yaxınlarınıza cansağlığı, əmin-amanlıq və xeyirxahlıq arzulayırıq!

Hörmətlə,

Hüseynov İslam, Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

İctimai Təşkilatının sədri

Rusiya Federasiyası, Ulyanovsk şəhəri