14 fevral 2024, 18:25

Nailə Məmmədovadan, Goranboy, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz, qalib sərkərdəmiz!

Qalib xalqın qalib Lideri olaraq Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin bütün Azərbaycanda, o cümlədən Şuşada, Xankəndidə, Qarabağda keçirilməsi şəhid anası olaraq məni çox sevindirdi. Bunun üçün Sizə minnətdaram.

Bu gün Ulu Öndərimizin, şəhidlərimizin ruhları şaddır. Azərbaycan qalib ölkə kimi dünyada söz sahibidir. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır.

Siz Azərbaycan xalqına Allahın töhfəsisiniz. Qəhrəman goranboylular və şəhid anaları adından Sizi bir daha təbrik edirəm. Sizə sağlam ömür arzulayıram.

Çox hörmətlə,

Nailə Tofiq qızı Məmmədova

“Azərbaycan Bayrağı” ordenli şəhid Orxan Namazovun anası

Azərbaycan Respublikası, Goranboy rayonu.