14 fevral 2024, 17:20

Vaqif Məmişovdan, Sankt-Peterburq, Rusiya

Hörmətli cənab Prezident,

İcazə verin, Leninqrad vilayətində və Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlılar adından Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində növbəti inamlı qələbə münasibətilə təbrik edim.

Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını və mövqelərinin dünya arenasında möhkəmlənməsi üzrə apardığınız kursa ümumxalq dəstəyini tam təsdiqləyir.

Əminik ki, fəaliyyətinizin yeni dövrü Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün yeni işıqlı gələcəyin təminatı olacaq.

Hörmətlə,

Vaqif Məmişov, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri.

Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri