Mürsəl Rüstəmovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi adından səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.
Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə ulu öndər Heydər Əliyev kursunun davamı olaraq həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan, qızıl hərflərlə ən yeni şanlı tarixini yazdı. Sizin uzaqgörən və müdrik siyasətinizin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu xoş günləri bizə bəxş etdiyinizə görə bir daha Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizin şücaətləriniz tarixə qızıl hərflərlə həkk olunacaq, əsrlər keçsə də bu xalq Sizi minnətdarlıqla xatırlayacaqdır. Hər bir azərbaycanlı Sizin rəhbərliyiniz altında olan dövlətdə yaşadığı üçün daim dərin fəxarət hissləri keçirəcək.
Sizin strateji siyasətiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və fıravanlığı təmin edilmiş, ölkəmiz regional liderə çevrilərək beynəlxalq arenada həsəd aparılası nüfuza sahib olmuşdur.
Siz Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq, bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimizə Sizi əmin etmək istəyirik.
Fürsətdən istifadə edərək, təşkilatımızın fəalliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.
Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz güc-qüvvət, Azərbaycan inkişafı naminə yüksək dövləti fəaliyyətinizdə yğurlar arzulayırıq.
Dərin hörmətlə,
Rüstəmov Mürsəl, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri