Baxış Ələsgərovdan, Ağcabədi, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz bütün Azərbaycan xalqını qürurlandırdı.
Siz dünyaya İlham Əliyev siyasətinin böyüklüyünü göstərdiniz. Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 44 gün ərzində son qoydunuz. Vətən həsrəti ilə çırpınan ürəklərə məlhəm oldunuz. Doğma yurdlarına qovuşan keçmiş məcburi köçkünlər adından Sizə öz minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının ürəyində yeriniz əvəzsizdir. Siz xalqın bu sevgisinə layiqsiniz.
Cənab Prezident, Sizinlə bütün Azərbaycan xalqı qürur duyur. Sizə xalqımızın və dövlətimizin daha da gözəl gələcəyi üçün yorulmaz fəaliyyətinizdə cansağlığı və uğurlar arzulayırıq.
Yolunuz işıqlı və açıq olsun!
Hörmətlə,
Baxış İslam oğlu Ələsgərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Şuşa şəhərindən keçmiş məcburi köçkün
Azərbaycan Respublikası, Ağcabədi rayonu.