Könül Hacızadədən, Əl-Küveyt, Küveyt
Cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bütün diaspor üzvlərimiz və öz adımdan ürəkdən təbrik edirəm.
Sizin bir daha Prezidentimiz olmağınızdan çox sevincliyik və ürəkdən inanırıq ki, hər zaman olduğu kimi Siz xalqımıza, millətimizə, dövlətimizə layiqincə başçılıq edəcək, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, iqtisadiyyatımızın inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizi davam etdirəcəksiniz.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bu çətin yolda uğurlar və hər işinizdə müvəffəq olmanızı, xalqımıza əmin-amanlıq arzu edirəm.
Allah Sizi və ailənizi qorusun, yar və yardımçınız olsun.
Hörmətlə,
Könül Hacızadə,
“Vətənsevər” Azərbaycan Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri
Küveyt Dövləti, Əl-Küveyt şəhəri.