14 fevral 2024, 14:45

Həsən Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının Sizə qarşı olan hörmətinin və

sevgisinin bariz nümunəsidir.

Cənab Prezident, seçkilərin nəticəsi Sizin xalqımızın qarşısındakı xidmətlərinizi təcəssüm etdirir. Bu gün Azərbaycan xalqı Sizi həm Prezident, həm Ali Baş Komandan, həm torpaqlarımızın baş qoruyucusu və qurucusu, həm əhalinin qayğıkeş rəhbəri, həm də dünyaya haqq sözümüzü çatdıran şəxsiyyət kimi qəbul edir.

Dövlətimizin tarix boyu qarşısına çox sınaqlar çıxmış, Sizin də qismətinizə tariximizin elə bir sınaq dövrü düşüb ki, fövqəladə cəsarət və müdriklik keyfiyyətlərinə malik olmağınız bu imtahandan Qalib olaraq çıxmağınızın əsası oldu.

Sizin uğurlarınız Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin daha bir təzahürüdür.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizi bir daha şəxsən öz adımdan, eyni zamanda ailəm adından səmimi-qəlbdən təbrik edir, doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Həsən Həsənov,

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.