Əli Abbasovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində tarixi qələbəniz münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram.
Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz ötən iyirmi il ərzində ölkəmiz böyük tarixi yol qət edərək dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmiş, siyasi-iqtisadi, sosial-mədəni tərəqqi baş vermiş və böyük Zəfərə imza atılmışdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, vətəndaşların rifah halının yüksəldilməsi və ərazi bütövlüyünün bərpası məhz Sizin adınızla bağlıdır.
Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə olaraq keçirilmiş seçkinin parlaq nəticəsi məhz Azərbaycan xalqının liderliyinizə olan sonsuz etimadın təzahürüdür. Xalqımız bu seçkilərdə "Qalib Xalqın Qalib Lideri" şüari altında böyük ruh yüksəkliyi ilə iştirak etdi, xoşbəxt və firavan gələcəyinə səs verdi. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz ölkəmizin hərtərəfli inkişafına və siyasi sabitliyinin qorunmasına töhfə verməyə davam edəcəkdir.
Möhtərəm Prezident, Sizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından möhtəşəm qələbəniz münasibətilə bir daha təbrik edir, şərəfli və məsuliyyətli ali dövləti fəaliyyətinizdə Azərbaycanın qədəm qoyduğu yeni erada bundan sonra da böyük nailiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Əli Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik.
Azərbaycan Respublikası, Bakı şəhəri.