Arximandrit Aleksiy Nikonorovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Zati-alinizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Azərbaycanın Provaslav icması adından təbrik edirəm.
Prezident seçkilərində qazandığınız inamlı və əsaslı qələbə ardıcıl strateji siyasəti ilə cəmiyyətin möhkəmlənməsini, ərazi bütövlüyünü və dövlətin dinamik inkişafını təmin edən müdrik və uzaqgörən Lider kimi xalqın Sizə olan sonsuz inamından xəbər verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi qoyulmuş multikulturalizm və dini tolerantlıq ideyaları Sizin tərəfinizdən fəal şəkildə həyata keçirilir. Bu gün Azərbaycan Vətənin rifahı və firavanlığı ideyaları altında birləşən müxtəlif millətlərin və dini baxışların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı dövlətin bariz nümunəsidir.
Ölkənin ərazi bütövlüyünün bərpası dövlətin inkişafı və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi üçün yeni üfüqlər açdı. Uzun müddətli müharibə şəraitindən sonra ölkəmizdə sülh və quruculuq dövrü başlayır. Xalqımızın Azərbaycanı yeni, dinc qələbələrə aparacaq güclü və müdrik lider olan Sizi bir daha Prezident kimi görmək arzusu həyata keçdi.
Sizə ölkəmizin çiçəklənməsi naminə nəzərdə tutduğunuz bütün planların və təşəbbüslərin uğurla həyata keçirmənizi arzulayırıq.
Allah Sizi və ailənizi qorusun!
Allah Azərbaycanı qorusun!
Dərin hörmət və ehtiramla,
Arximandrit Aleksiy Nikonorov, Rus Pravoslav Kilsəsinin və Azərbaycan Yeparxiyasının katibi
Azərbaycan Respublikası, Bakı şəhəri