14 fevral 2024, 10:31

Yaşar Musayevdən, Almaniya

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkənin iqtisadi, siyasi və hərbi cəhətdən regionun qlobal güc mərkəzinə çevrilməsində şəxsən Sizə və Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

İşğal altında olmuş torpaqlarımızın Sizin rəhbərliyinizlə düşmən tapdağından təmamilə azad edilməsi hamımızı sevindirdi, fərəhləndirdi. Biz Sizinlə qürur duyuruq! Azərbaycana və onun rəhbərinə yalnız qələbə yaraşır!

Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram!

Dərin hörmətlə,

Yaşar Musayev

Almaniyanın “BalticNet-PlasmaNet” və “Baku-Nürnberg e.V.” Cəmiyyətləri İdarə Heyətinin sədri,

Almaniyanın Sosial-Demokrat Partiyası (SPD) Nürnberq şəhəri Nord üzrə İdarə Heyətinin üzvü, texnika elmləri doktoru

Almaniya Federativ Respublikası.