Azərbaycan Rus Dram Teatrının kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi 2024-cü il fevralın 7-də keçirilən seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi təbrik edir.
Bu seçkilərin nəticələri Sizin böyük siyasi nüfuzunuzu təsdiq edir, həmçinin balanslaşdırılmış, düşünülmüş daxili və xarici siyasətinizlə, dünyanın bir çox ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmaqla, Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq üçün yorulmadan çalışmaqla qazandığınız böyük etimadı əks etdirir.
Bu gün xalqımız Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarixi dönəmdə yaşayır, Azərbaycan torpaqlarının 30 illik işğalına, Qarabağda separatizmə və terrorizmə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.
Biz Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi adından Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyir, ali dövləti vəzifənizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Ədalət Hacıyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru
Aleksandr Şarovskiy, teatrın baş rejissoru
Azərbaycan Respublikası, Bakı şəhəri