14 fevral 2024, 10:06

Məhərrəm İsmayılovdan, Gəncə, Azərbaycan

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı!

Sizi yenidən qalib xalqın qalib Lideri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin və yaratdığınız güclü Ordumuzun sayəsində Azərbaycan uzun illərin həsrətinə, nisgilinə son qoydu. Həyat səviyyəsi ildən-ilə yüksələn əhalinin qəlb yarası, daxili sıxıntısı da artıq tarixin acı yaddaşına gömülmüşdür.

Qədirbilən xalqımızın böyük oğlu kimi Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür, doğma Vətənimizin, Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər diləyirəm.

Hörmətlə,

İsmayılov Məhərrəm Musa oğlu,

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin dekanı, Əməkdar müəllim

Azərbaycan Respublikası, Gəncə şəhəri.