Sahil Qasımov, Amsterdam, Niderland
Möhtərəm cənab Prezident!
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırım.
Möhtərəm cənab Prezident!
Neçə-neçə nəslə acı talelər yaşadan böyük bir münaqişənin Sizin müdrik rəhbərliyiniz və komandanlığınızla kökündən həll edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Sizin və ailə üzvlərinizin Xankəndi şəhərində vətəndaşlarla birgə səsvermədə iştirakınızı biz xaricdə yaşayan azərbaycanlılar böyük qürurla izlədik.
2024-ci il fevralın 7-də müdrik Azərbaycan xalqı bir daha düzgün seçim etdi. Dünya azərbaycanlıları böyük inamla yeni dövrün başlanğıcına qəti imza atdı!
Biz – Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Sahil Qasımov,
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının rəhbəri
Niderland Krallığı, Amsterdam şəhəri.