14 fevral 2024, 09:51
Zeynəb Bayramovadan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Tarixi zəfəri xalqımıza yaşadan Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, bütöv Azərbaycanı xalqımıza bəxş edən güclü tarixi Lider, şəhid övladlarımızın intiqamını alan böyük sərkərdə olaraq Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə naftalanlı şəhid anaları adından ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, Vətənimizin inkişafı naminə qətiyyətlə və əzmlə həyata keçirdiyiniz əvəzsiz siyasətinizdə yeni-yeni uğurlar arzulayıram.
Tanrı Sizi və xalqımızı qorusun!
Dərin hörmətlə,
Zeynəb Əsgər qızı Bayramova (iki şəhid anası)
Azərbaycan Respublikası, Naftalan şəhəri.