14 fevral 2024, 09:49

Vladimir Feketedən, Bakı, Azərbaycan

Zati-aliləri,

Möhtərəm cənab Prezident,

İcazə verin Sizi növbədənkənar seçkilərdə inamlı qələbəniz münasibətilə Azərbaycan katolikləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edim.

Öz milli adət-ənənələrinə və siyasi mədəniyyətinə sadiq, ölkəsinin müstəqilliyini müqəddəs sayan Azərbaycan xalqı Sizə – suverenliyin, milli təhlükəsizliyin və xalq birliyinin təmin edilməsi, ərazi bütövlüyünün bərpası, dinamik dövlət quruculuğu və iqtisadi inkişaf kimi ölkə və cəmiyyət qarşısında duran əsas strateji vəzifələri ardıcıl və yüksək səmərəliliklə həll edən müdrik və uzaqgörən rəhbərə bir daha etimad göstərdi.

Sizin rəhbərliyinizlə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, ölkənin etnik, dini, dil və mədəni müxtəlifliyinin qorunub saxlanılması və artırılmasının dövlət siyasəti səviyyəsində həyata keçirildiyi müasir, sürətlə inkişaf edən ölkə nümunəsinə çevrilib.

Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoq sahəsində rolu və əldə etdiyi nailiyyətlər haqlı olaraq beynəlxalq aləmdə ən yüksək qiymətə layiq görülüb. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksəksəviyyəli qarşılıqlı etimad və əməkdaşlıq xüsusi sevinc və qürur hissi yaradır və bu Müqəddəs Ata Fransisk və Katolik Kilsəsinin digər iyerarxları tərəfindən dəfələrlə qeyd olunub.

Katolik xristian icması Azərbaycanda Katolik Kilsəsinin ehtiyaclarına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığını bildirir, Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını əmin edir ki, biz bundan sonra da Azərbaycan cəmiyyətində dinlərarası sülhün, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının dini-mənəvi dəyərlərinin qorunub saxlanılması, təşviqi və möhkəmləndirilməsi, xalq birliyinin təmin edilməsi işinə öz imkanlarımız daxilində töhfə verəcəyik. 

Zati-aliləri,

Azərbaycanda Katolik Kilsəsinin ruhaniləri, rahibləri və bütün dindarları Allaha dua edərək, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar, Azərbaycanın çiçəklənməsi naminə qarşıya qoyduğunuz bütün vəzifələrin həyata keçirilməsində səbir, ruhani və cismani güc arzulayırlar.

Uca Yaradan Sizi və ailənizi qorusun, Azərbaycanı sülh içində saxlasın!

Dərin hörmətlə,

Vladimir Fekete

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti,

Munisipin titulyar yepiskopu,

Azərbaycan Respublikası, Bakı şəhəri.