14 fevral 2024, 09:47

Ramazan Əsgərlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi - görkəmli dövlət xadimini, böyük və şanlı sərkərdəni, beynəlxalq səviyyədə hörmət olunan müdrik siyasətçini yenidən müstəqil və azad Azərbaycanımızın Prezidenti seçilməyiniz münasibətilə Azərbaycan Bəhai icması adından ürəkdən təbrik edirik.

Sizin regional və beynəlxalq sülh naminə yorulmaz səyləriniz, prinsipiallığınız, maneələri dəf edərək haqq və ədaləti dəstəkləməyiniz ən yüksək ehtiram və təqdirə layiqdir.

Azərbaycanda dərin tarixi köklərə və ənənələrə malik və xalqımızın mədəni və sosial həyatına qiymətli töhfələr vermiş Azərbaycan Bəhai icması da dini icmalar üçün yaradılmış əlverişli şəraitdən istifadə edərək ölkəmizin inkişafına, onun tərəqqisinə, cəmiyyətimizin mənəvi həyatının zənginləşməsinə öz töhfəsini verəcəkdir.

Sizi bir daha təbrik edir, Sizə və ailənizə səadət və bərəkət, möhkəm cansağlığı diləyir, xalqımızın inkişafı və rifahı yolunda xidmətinizdə uğurlar arzu edirik.

Dərin hörmət və ehtiramla,

Ramazan Əsgərli

Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi

Azərbaycan Respublikası, Bakı şəhəri.