14 fevral 2024, 09:42

Natiq Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bütün kollektivi olaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirik.

Xalqımızın sarsılmaz milli iradəsinin, Sizə olan sonsuz inamının, etimadının və dəstəyinin ifadəsi olan bu qələbə ölkəmizin inkişafı naminə göstərdiyiniz xidmətlərə verilən ən yüksək dəyərdir.

Cənab Prezident, Sizin güclü iradəniz, siyasi uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu, əmin addımlarla əldə etdiyi uğurları və ən əsası ərazi bütövlüyünün tam bərpa olunması nəticəsində tarixi ədalətin bərqərar olması bizim üçün daim qürurverici olmuşdur.

Azərbaycanda sosial-iqtisadi inkişafının təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkəmizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri, zəngin mədəni və tarixi irsin mühafizə olunması Sizin yüksək idarəçilik bacarığınızın, vətənpərvərliyinizin və uğurlu siyasətinizin nəticəsidir. Bu nailiyyətlər Respublikamızın sürətli tərəqqisi və gələcək uğurlarımız üçün mühüm rol oynamışdır.

Müasir dövrümüzdə mədəniyyət və incəsənətin inkişafının stimullaşdırılması, yaradıcılığın dəstəklənməsi, milli sənətin qorunması dövlət siyasətində xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycanın mədəniyyət və incəsənət sahəsinin tərəqqisinə verilən böyük töhfədir. Bu baxımdam Ulu Öndərin layiqli davamçısı olaraq Sizin də bizə göstərdiyiniz qayğı və dəstəyiniz nəticəsində rəssamlıq sənəti daim diqqətdə saxlanılır.

Əminik ki, qüdrətli bir dövlətə çevrilmiş Azərbaycan bundan sonra da Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcək.

Dərin hörmət və ehtiramla,

Natiq Əliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı,

professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.