Akademik Arif Paşayevdən, Bakı, Azərbaycan
Cənab Prezident, Ali Baş Komandan!
7 fevral 2024-cü il tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi Milli Aviasiya Akademiyasının kollektivi adından təbrik edirəm.
Azərbaycan xalqı, dünya azərbaycanlıları yenidən “dəmir yumruq” ətrafında birləşərək vəhdət nümayiş etdirdi, sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verdi. Milli Aviasiya Akademiyasında yaradılmış 13 saylı Xəzər ikinci seçki dairəsinin 8 nömrəli məntəqəsində də seçicilərin fəallığı müşahidə olunmuş və qalib xalq qalib Liderini seçmişdir.
Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu uğur yoluna bir daha “davam!” dedi. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirdi.
Sizə bu çətin və şərəfli yolunuzda yeni-yeni nailiyyətlər, tükənməz enerji, “dəmir yumruğ”un daim yerində olmasını, sülh, əmin-amanlıq arzulayırıq.
Hörmətlə,
Arif Paşayev,
Milli Aviasiya Akademiyasının rektoru, akademik
Azərbaycan Respublikası, Bakı şəhəri.