13 fevral 2024, 16:11

Şehsadıq və Bəhram Nəhmətovlardan, Volqoqrad, Rusiya

Hörmətli cənab Prezident.

Qəhrəman şəhər Volqoqradda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edir. Bu şəhərdə

yaşayan bütün həmvətənlərimizin xoş diləklərini Sizə çatdırır, gələcək fəaliyyətiniz dövründə ölkəmizin daha da çiçəklənməsi naminə müvəffəqiyyətlər arzulayırıq.

Əminik ki, bundan sonra da qəbul etdiyiniz qərarlar ölkəmizin rifahını yüksəldəcək, bütün dünyadakı azərbaycanlıların mənafeyini qoruyacaq.

Sizin yenidən Azərbaycanın ali dövlət vəzifəsinə seçilməyiniz dünya azərbaycanlılarının yüksək etimadının və beynəlxalq aləmdə nüfuzunun növbəti təsdiqidir.

Qəhrəman Volqoqrad şəhərində yaşayan və işləyən azərbaycanlılar Sizin böyük nüfuzunuzla fəxr edir, hər zaman Sizə, dövlətimizə güvənirlər.

Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Biz daim inkişaf edən bu münasibətlərdən məmnunuq. Qardaş xalqlarımızın mənafeyi

naminə atdığınız bütün addımları dəstəkləyir və minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar, xalqımıza isə sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Hörmətlə,

Nəhmətov Şehsadıq, “Rusiya-Azərbaycan Birliyi” Volqoqrad regional ictimai təşkilatının sədri

Nəhmətov Bəhram, “Rusiya-Azərbaycan Birliyi” Volqoqrad regional ictimai təşkilatının sədr müavini

Rusiya Federasiyası, Volqoqrad şəhəri