Ceyhun Nəcəflidən, Alberta, Kanada
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti adından səmimi təbriklərimi çatdırıram.
Seçkilərin nəticəsi Sizin yüksək siyasi nüfuzunuzu və yürütdüyünüz siyasətə olan milli dəstəyi sübut edir. Siz Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və dünya arenasında mövqeyinin möhkəmləndirilməsi üçün əməli addımlar atırsınız və bunun nəticələri göz qabağındadır.
Sizin prezidentlik dövründəki fəaliyyətiniz, milli maraqlara əsaslanan daxili və xarici siyasətiniz insanlar arasında böyük rəğbətə, inama və etimada səbəb olmuşdur. Bunun nəticəsidir ki, Siz fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində inamlı qələbə qazandınız.
Biz, Kanadada yaşayan Azərbaycan diasporu yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən məmnunluq duyuruq.
Hörmətlə,
Ceyhun Nəcəfli,
Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri.
Kanada, Alberta əyaləti.