Elman Purdan, Toronto, Kanada
Hörmətli cənab Prezident,
Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Qazandığınız uğur xalqımız tərəfindən ölkəmizin tərəqqisi və inkişafı naminə göstərdiyiniz xidmətlərə verilən qiymətin göstəricisidir.
Cənab Prezident, torpaqlarımızın azad olunmasında nümayiş etdirdiyiniz prinsipial mövqe, apardığınız müdrik siyasət sayəsində Azərbaycan dünyada nüfuzlu ölkələrdən birinə çevrilmişdir.
Sizi əmin etmək istəyirəm ki, mən Kanadada yaşayan diaspor üzvü kimi ölkəmizin tərəqqisinə töhfə verməyə həmişə hazıram.
Cənab Prezident, xaricdə yaşayan bir azərbaycanlı olaraq xalqımız üçün göstərdiyiniz misilsiz xidmətlərin şahidi oldum. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Elman Pur Əli,
Kanada, Toronto şəhəri.