Emin Tarverdiyevdən, Bakı, Azərbaycan
Cənab Prezident,
Sizi 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qəti qələbə münasibətilə təbrik edirəm!
Sizin uğurlu rəhbərliyiniz altında Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin üzərində olan böyük ləkənin götürülməsi və respublikamızın beynəlxalq aləmdə getdikcə artan nüfuzu Azərbaycan xalqı üçün qürurvericidir. Torpaqlarımızın 30 ildir davam edən işğalının məhz Sizin Ali Baş Komandanlığınızla aradan qalxması növbəti seçkilərdə qəti qələbənizi təmin edən əsas amillərdən biri oldu.
Cənab Prezident!
Xalqımıza liderlik edəcəyiniz növbəti illər ərzində də Azərbaycanın sürətli inkişafına, regionda aparıcı dövlət olmasına xidmət edəcəyinizə qətiyyən şübhəm yoxdur! Əminəm ki, məhz Sizin rəhbərliyiniz altında Azərbaycan regionda gücünü daha da artıracaq, ərazi bütövlüyünü, suverenliyini qoruyacaqdır.
Sizi bir daha öz adımdan və rəhbərlik etdiyim “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin kollektivi adından təbrik edir, qarşıdakı illərdə müvəffəqiyyətlər, yeni zəfərlər arzulayıram!
Hörmətlə,
Emin Tarverdiyev,
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi
Azərbaycan Respublikası, Bakı şəhəri.