13 fevral 2024, 16:28

Mehriban İmanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində, o cümlədən elm və təhsil sahəsində yeni nailiyyətlər əldə edəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Mehriban İmanova,

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.