13 fevral 2024, 16:13

Nərgiz Bəkirovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu, Sizin xalq qarşısında göstərdiyiniz xidmətlərə verilən qiymətdir. Şəhidlərimizin qanı axıdılan, işğalda olmuş əzəli-əbədi torpaqlarımızın yağı düşməndən azad olunmasında əsl sərkərdə nümunəsi göstərərək xalqı, dövləti, ordunu yumruq kimi birləşdirmək qabiliyyətini özündə ehtiva edən bir dövlət başçısının daim arxasındayıq.

Cənab Prezident, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq. Biz Sizə güvənirik.

Hörmətlə,

Şəhid anaları adından:

Nərgiz Bəkirova,

Azərbaycan Respublikası, Şəki şəhəri.