13 fevral 2024, 15:14

Tamella Severcandan, Vankuver, Kanada

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi yenidən seçilməyiniz dünya azərbaycanlılarının Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, 30 illik işğala son qoymuş və doğma torpaqlarımızı geri qaytarmısınız.

Prezidentlik fəaliyyətinizin yeni dövründə Kanadada yaşayan Azərbaycan icması olaraq Sizə uğurlar arzulayır və bu uğurların ölkəmizin davamlı inkişafında müstəsna rol oynayacağına ümid bəsləyirik.

Yaşasın Azərbaycan!

Hörmətlə,

Tamella Severcan

Kanada, Vankuver şəhəri