13 fevral 2024, 15:00

Rüstəm Məlikovdan, Salyan, Azərbaycan

Möhtərəm Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Salyan rayonunun ictimai-siyasi qəzeti olan yüz yaşlı “Qələbə”nin kollektivi adından təbrik edirəm. Qazandığınız möhtəşəm qələbə xalqımızın Sizə olan sonsuz inamının nümunəsidir.

Yüksək ali vəzifəni icra edəcəyiniz qarşıdakı illərdə Allah hər zaman Sizi və ailənizi qorusun. Doğma Vətənimiz Sizin qayğınız, sevginizlə hər gün daha da güclənir, qüdrətlənir, inkişaf edir.

Sizin kimi rəhbəri olan dövlət və xalq əsla yenilməzdir!

Gözəl günləri bizə Siz yaşadırsınız!

Hər zaman var olun!

Hörmətlə,

Rüstəm Sadıq oğlu Məlikov

“Qələbə” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Salyan şəhəri.