13 fevral 2024, 14:45

Ayaz Məmmədzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə “Ələt” futbol klubunun üzvləri adından ürəkdən təbrik edirik. Siz qızıl hərflərlə yeni tarix yazdınız. Müdrik və uzaqgörən siyasətiniz təkcə Azərbaycana yox, bütün regiona sülh və əmin-amanlıq gətirdi.

Sizin sayənizdə Azərbaycanda idmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar. Bu gün hər sahədə görünən inkişaf məhz Sizin adınızla bağlıdır. Əminəm ki, gələcək fəaliyyətinizdə də Azərbaycanın bütün sahələrdə daha da inkişaf etməsi üçün əlinizdən gələni edəcəksiniz.

Siz bizim əvəzolunmaz Prezidentimizsiniz!

Bir daha qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik!

Hörmətlə,

Ayaz Eyvaz oğlu Məmmədzadə

“Ələt” futbol klubunun təsisçisi

Azərbaycan Respublikası, Qaradağ rayonu.