13 fevral 2024, 14:30

Sara Xanlarovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Siz xalqın məhəbbətini, hörmətini qazanmış, öz xalqını qalibiyyətə çatdıran, ölkəsini qalib ölkəyə çevirən Lidersiniz.

Azərbaycanda təhsilin inkişafına böyük əhəmiyyət verilir. Ölkəmizdə yüksəkkeyfiyyətli təhsil şəraitinin yaradılması üçün görülən işlər gələcək nəsillərin formalaşması üçün Sizin apardığınız dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Sizə möhkəm cansağlığı, ali dövlət vəzifənizdə yeni-yeni uğurlar arzu edirik!

Biz Sizinlə fəxr edirik!

Dərin hörmətlə,

Sara Cəbrayıl qızı Xanlarova

132-134 nömrəli Təhsil Kompleksinin kollektivi adından

Azərbaycan Respublikası, Səbail rayonu.