Milix Yevdayevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Ərazi bütövlüyü təmin olunmuş Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını "Azərbaycan Dağ Yəhudiləri" dini icması adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan Respublikası inamlı addımlarla iqtisadiyyatını dinamik inkişaf etdirir və Azərbaycan xalqı azad və əmin-amanlıq şəraitində yaşayır.
Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda gördüyünüz bütün işlərinizdə böyük uğurlu qələbələr diləyir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzu edirik.
Qalib xalq, qalib Liderini seçdi!
Dərin hörmətlə,
Milix Yevdayev,
"Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.