13 fevral 2024, 13:28

Ceyhun Cəfərovdan, Krasnoyarsk, Rusiya

Çox Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Rusiyada fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvləri adından Azərbaycan Respublikası Prezidenti seçkilərində qətiyyətli və inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Siz mükəmməl liderlik istedadınızla Azərbaycanın iqtisadi inkişafı üçün səmərəli model yaratdınız, dövlətin beynəlxalq aləmdə nüfuzunu gücləndirdiniz. Siz zəmanəmizin ən böyük siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən böyük arzusunu, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusunu - Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək arzusunu həyata keçirə bildiniz. Sizin Azərbaycanın suverenliyini bərpa etməyiniz xalqın yaddaşında əbədi olaraq qalacaqdır.

Azərbaycanda mühüm dəyişikliklər baş verib - indi istənilən konvensiyalar, beynəlxalq müqavilələr və siyasi-hüquqi tədbirlər ölkənin bütün ərazisinə şamil olunacaq. İlk dəfə olaraq Azərbaycan vətəndaşları Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə səs veriblər.

Ərazi bütövlüyü bərpa edildikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində səsvermə keçirməklə Azərbaycanda yeni dövrün – faşizmə, ekstremizmə və separatizmə yer olmayan vahid, hüquqi və müasir dövlət erasının başlandığını elan etdiniz.

Azərbaycan xalqının Krasnoyarskda yaşayan oğlu və Beynəlxalq Hüquqşünaslar İttifaqının Krasnoyarsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri kimi Sizin rəhbərliyinizlə qazanılmış böyük Qələbəmizə görə mən ölçüyəgəlməz qürur və minnətdarlıq hissi keçirirəm.

Tarixi gündə - Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri günündə bütün Azərbaycan xalqı nailiyyətlərinizi yüksək qiymətləndirərək güclü və azad Azərbaycana səs verdi. Sizi inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram.

Dərin hörmətlə,

Ceyhun Cəfərov, Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü, Krasnoyarsk vilayəti üzrə rəhbəri

Rusiya Federasiyası, Krasnoyarsk vilayəti, Krasnoyarsk şəhəri