Asif Məmmədovdan, İvanovo, Rusiya
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının üzvləri adından Sizə səmimi təbriklərimi çatdırıram.
Möhtəşəm qələbəniz göstərir ki, Azərbaycan xalqı Sizə etimad göstərir və iqtisadi inkişafa yönəlmiş siyasətiniz ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, vətəndaşların həyatının yaxşılaşmasına xidmət edir.
Bütün qəlbimlə Prezidentlik müddətinizin yeni dövründə ali dövləti vəzifənizin icrasında Sizə tükənməyən qüvvət, böyük uğurlar və nailiyyətlər arzulayıram.
Hörmətlə,
Məmmədov Asif, Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri
Rusiya Federasiyası, İvanovo vilayəti, İvanovo şəhəri