13 fevral 2024, 12:49
Elşad İbrahimovdan, Kiyev, Ukrayna
Hörmətli cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində tarixi qələbə qazanmağınız münasibətilə Ukrayna Azərbaycanlıları Radası adından səmimi-qəlbdən təbrik edirik.
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanımızın bütün bölgələrində ilk dəfə keçirilmiş prezident seçkilərində əldə etdiyiniz inamlı qələbə bizi sevindirir.
Bu qələbə həm Vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın Sizə olan inam və etibarının növbəti təzahürü idi. Uca Tanrıdan doğma Azərbaycanımıza xoş günlər, Sizə isə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.
Hörmətlə,
Elşad İbrahimov
Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru
Ukrayna, Kiyev şəhəri.