13 fevral 2024, 12:37

Mehriban Abdullayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində növbəti möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm. Qalib Xalqın seçimi yalnız ona qələbələr yaşadan Qalib şəxsiyyət olmalı idi.

Prezident olduğunuz son iyirmi ildə iqtisadi cəhətdən Azərbaycanın inkişaf etmiş ölkələrdən birinə çevrilməsində, dünya siyasi arenasında müstəqil xarici siyasət yeridən bir dövlət kimi tanınmasında, qlobal layihələrdə iştirakçı miqyasının genişlənməsində, regionların sosial- iqtisadi inkişafı proqramının uğurla icra olunmasında, vətəndaşların həyatında şəffaf sosial islahatların keçirilməsində, Silahlı Qüvvələrinin dünyanın öndə gedən ordu sıralarından birində yer tutmasında, beynəlxalq aləmdə idman və turizm ölkəsi sırasında tanınmasında, ölkəmizin multikulturalizm və tolerant bir ölkəyə çevrilməsində rolunuz və əməyiniz danılmazdır.

Fəxr edirəm, qürur duyuram ki, Ulu Öndərimiz Heydər Əliyev kimi və onun dövlətçilik, azərbaycançılıq siyasətinin davamçısı olan Sizi kimi dahilər yetirən Azərbaycan xalqının bir nümayəndəsiyəm.

Hörmətlə,

Mehriban Abdullayeva, Pedaqogika üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.