13 fevral 2024, 12:25

Mərdan Novruzovdan, Vladivostok, Rusiya

Möhtərəm cənab Prezident,

Uzaq Şərqin Azərbaycan diasporunun üzvləri sevinc və dərin fərəh hissi ilə Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız tarixi qələbə münasibətilə Sizi təbrik edir. Sizin qürurlandırıcı liderlik qabiliyyətiniz və milli inkişaf prinsiplərinə sadiqliyiniz, şübhəsiz ki, ən səmimi hörmətə layiqdir.

Xalqın seçimi azərbaycanlıların Sizə etimadının daha bir təsdiqidir. Bu inamlı qələbə ölkə tarixində bir çox nailiyyətlərin başlanğıc nöqtəsi olacaqdır. Bu qələbə Azərbaycanın suverenliyinin bərpasına çəkdiyiniz zəhmətin simvoludur. Sizin müdrik idarəçiliyiniz ölkənin tərəqqisinin mərhələlərinin əsasını təşkil edir. Bu mərhələlər birlik, sabitlik və Qarabağın qəhrəmancasına azad edilməsi ilə yadda qalacaq.

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra Bakıdan tutmuş Vladivostoka qədər xalqımızın hər bir nümayəndəsinin qəlbindəki hərarətli qürur hisslərin keçdiyini təkrarlamaqdan yorulmayacağıq. İndi bu ərazilərdə yenidən sülh və firavanlıq hökm sürəcək, ailələr birgə gələcəklərini qura biləcəklər. Bu işlərin miqyası, görülmə vaxtl bütün beynəlxalq aləmdə rekord göstəricilərdir.

Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunu uğurla həyata keçirdiniz. Bacarıqlı idarəetmə və strateji yanaşma regionda aparılan ölçüyəgəlməz tikinti və bərpa işlərinin başa çatdırılmasını, həmçinin sakinlərin hüquq və azadlıqların bərabərliyini təmin edəcəkdir.

Əminik ki, fəaliyyətinizin yeni dövrü Azərbaycan xalqının suverenliyinin və birliyinin möhkəmləndirilməsində mühüm mərhələ olacaqdır. Sizin ölkəyə rəhbərlik etdiyiniz müddətdə dünyanın müxtəlif yerlərində, o cümlədən Rusiyada və onun ucqar bölgələrində diaspor üzvləri özlərini güvəndə hiss edir və Sizin dəstəyinizə arxalanırlar. Sizin dəstəyiniz hər zaman diaspor üzvlərini bir amal ətrafında birləşdirir. Dünyanın hər yerində dövlət başçıları Sizə və uğurlu, balanslaşdırılmış siyasətinə hörmətlə yanaşırlar.

Sizin rəhbərliyiniz altında ölkənin uğurlu gələcəyinə dərin ümid bəslədiyimizi bildirir və layiqli qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik!

Hörmətlə,

Novruzov Mərdan, “Azərbaycan Konqresi” Primorsk diyarının Milli-Mədəni İctimai Təşkilatının sədri, Primorsk diyarının Qubernatorunun müşaviri

Rusiya Federasiyası, Vladivostok şəhəri.