Yaşar Niftəliyevdən, Maqdeburq, Almaniya
Hörmətli cənab Prezident,
Zati-alinizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Komitəmiz, eləcə də Almaniyada yaşayan həmvətənlərimiz adından təbrik edirik. Bu seçki bir daha sübut etdi ki, Azərbaycan xalqı daim apardığınız daxili və xarici siyasətdə Sizin yanınızdadır. Qalib sərkərdə olaraq tariximizə qızıl hərflərlə yazdırdığınız adınız dünyanın ayrı-ayrı guşələrində yaşayan azərbaycanlıların qürur mənbəyinə çevrilmişdir. Harada yaşamasından, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq xalqımızın bütün nümayəndələri Sizinlə fəxr edirlər.
Biz də Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan Boks Komitəsi olaraq Sizə növbəti prezidentlik fəaliyyətiniz dövründə möhkəm cansağlığı, bol-bol uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimiz daim öz gücü və uğurları ilə seçilən dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirəcəkdir. Bir daha Sizi təbrik edirik, cənab Prezident!
Zati-alinizə sonsuz hörmətlə,
Yaşar Niftəliyev, Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri
Almaniya Federativ Respublikası, Maqdeburq şəhəri.