13 fevral 2024, 11:57

Xəqani Quluyevdən, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident!

Xalqımızın mütləq səs çoxluğunu qazanaraq, inamlı qələbə ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür diləyir, ən xoş arzularımızı bildiririk. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni qələbələr, uğurlar arzulayırıq.

Hər bir daşkəsənli Sizinlə fəxr edir, qürur duyur.

Tanrı həmişə Sizi qorusun!

Çanaxçı kənd tam orta məktəbin kollektivi adından hörmətlə,

Quluyev Xəqani Əli oğlu

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Çanaxçı kəndi.