13 fevral 2024, 11:47

İsa Əhmədovdan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Zaqatala rayon ağsaqqalları adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, yorulmaz fəaliyyətinizdə yeni parlaq qələbələr arzu edirik.

Azərbaycan xalqı böyük səs çoxluğu ilə Sizi – ölkəmizin mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmış siyasi xadimi özünə yenidən Rəhbər seçdi.

Əminik ki, Sizin – öz xalqının müdrik Liderinin, vətənpərvər və fədakar siyasi xadiminin rəhbərliyi ilə şanlı zirvələri fəth etmiş Azərbaycan dövləti bundan sonra da əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, yeni-yeni uğurlara imza atacaqdır.

Hörmətli cənab Prezident,

Bir daha Sizə növbəti tarixi missiyanızda uğurlar arzu edir, Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirik.

Hörmətlə,

İsa Əhmədov

Azərbaycan Respublikası, Zaqatala şəhəri.