13 fevral 2024, 11:35

Təranə Novruzovadan, Vankuver, Kanada

Əziz Prezidentimiz!

Hörmətli Ali Baş Komandanımız!

Sizi ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş Azərbaycan Respublikasının bütün bölgələrində 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində layiqli qələbəniz münasibətilə ürəkdən təbrik edirəm!

Seçkilərdə qələbəniz Sizin uzaqgörən, müdrik, liderlik qabiliyyətlərinizin hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirildiyini əks etdirir.

Rəhbərliyinizlə torpaqlarımızın düşmən tapdağından azad olunması, o cümlədən, təhlükəsizliyin təmin edilməsi, həmçinin Azərbaycanın geniş beynəlxalq əlaqələrə və dinamik iqtisadiyyata nail olması yaşayış yerindən asılı olmayaraq, bütün azərbaycanlıların ürəklərində qürur və sevinc doğurmuşdur. Biz əminik ki, Sizin uzaqgörən siyasətinizlə ölkəmiz daha çox nailiyyətlər əldə edəcəkdir! Sizin rəhbərliyiniz qarşıda duran vəzifələrin həllində və bütün azərbaycanlılar üçün firavanlığın və təhlükəsiz mühitin təmin edilməsində mühüm rol oynayır.

Cəmiyyətimizin üzvləri adından Sizə səmimi təbriklərimizi, möhkəm cansağlığı, səadət, əmin-amanlıq və işlərinizdə yeni müvəffəqiyyətlər arzularımızı çatdırıram.

Hörmətlə,

Təranə Novruzova

Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin sədri

Kanada, Vankuver şəhəri.