13 fevral 2024, 11:24

Avropa Azərbaycan Mərkəzinin kollektivindən, Münster, Almaniya

Hörmətli cənab Prezident.

Avropa Azərbaycan Mərkəzinin kollektivinin üzvləri olaraq Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə Sizi və xalqımızı səmimi qəlbdən təbrik edirik. Bu böyük uğurunuz, Azərbaycanın daha da inkişaf etməsi, bölgədəki sülh və sabitliyin təminatı üçün mühüm bir addım kimi qəbul edilir.

Sizin rəhbərliyinizlə Azərbaycanın yeni nailiyyətlərə imza atması, sosial-iqtisadi sahədə əldə etdiyi inkişaf və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi bizim üçün böyük bir qürur mənbəyidir.

Biz - Avropa Azərbaycan Mərkəzinin kollektivi Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, bu seçkilərin nəticəsinin müstəqil Azərbaycan üçün daha bir dövrün başlanğıcı olmasını arzulayaraq, dəstəyimizi ifadə etmək istəyirik. Sizin liderliyinizlə ölkəmizin daha da güclənəcəyinə inanırıq. Uğurlarımızın davam etməsini arzulayır və bu nailiyyətlərin Azərbaycan xalqına daha çox səadət və rifah gətirməsini gözləyirik.

Hörmətlə,

Avropa Azərbaycan Mərkəzinin kollektivi.

Almaniya, Münster şəhəri.