13 fevral 2024, 11:13

Vaqif Əhmədovdan, Şəki, Azərbaycan

Əziz və möhtərəm Prezidentimiz!

Xalqımızın böyük istəyi və yüksək səs çoxluğu ilə yenidən ölkə Prezidenti seçilməyiniz münasibətilə Sizi Şəki ağsaqqalları və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dövlətimizin işıqlı gələcəyi, inkişafı, əmin-amanlığı və xalqımızın rifahı, eləcə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda bol- bol uğurlar, cansağlığı, hər zaman mənalı ömür arzulayırıq.

Sizin sayənizdə Azərbaycan xalqının başı dik, alnı açıqdır. Qalib xalq olmağın sevincini yaşayırıq.

Biz – Şəki ağsaqqalları həmişə Sizin yanınızdayıq.

Hörmətlə,

Əhmədov Vaqif Nurqələm oğlu,

Şəki Rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı

Azərbaycan Respublikası, Şəki şəhəri.