13 fevral 2024, 11:03

Bülbül adına Uşaq Musiqi Məktəbinin kollektivindən, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi seçkilərdə möhtəşəm qələbəniz münasibəti ilə təbrik edirik.

Siz qalib gəldiniz! Bu qələbə Sizinlə xalq arasında olan böyük hörmət, ehtiram və güvənin nəticəsidir. Dayanıqlı inkişafa və suverenliyin bərpasına dayanan bu qələbə hər birimizin uğurudur.

Uğurlarınız bol olsun, cənab Prezident! Allah Sizi və xalqımızı qorusun!

Bu şərəfli və çətin işdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin kollektivi

Azərbaycan Respublikası, Saatlı şəhəri.