13 fevral 2024, 10:54

Ceyran Mahmudovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi suveren Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni-yeni uğurlar və zəfərlər arzu edirəm!

Sizin müdrik və uzaqgörən siyasətiniz 44 günlük Vətən müharibəmiz və anti­terror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması hər bir azərbaycanlı kimi bizim də həyatımızın ən önəmli və ən sevincli hadisəsinə çevrildi. Bu il ilk dəfə olaraq prezident seçkilərinin Azərbaycanın bütün bölgələrində, hər bir guşəsində keçirilməsi bizə ayrıca fərəh və qürur yaşatdı. Qalib Azərbaycan xalqı bu seçkilərdə böyük ruh yüksəkliyi ilə iştirak edərək parlaq, xoşbəxt və firavan gələcəyə səs verdi.

Sizin 7 fevral 2024-cü il tarixində qazandığınız tarixi qələbə bizi həm də bir incəsənət xadimi kimi sevindirdi. Çünki Siz bir dövlət başçısı kimi mədəniyyətimizin, incəsənətimizin inkişafına hər zaman diqqət və qayğı ilə yanaşınısınız.

Sizi bir daha möhtəşəm zəfər münasibəti ilə təbrik edir, Sizə uzun ömür, sonsuz uğurlar arzu edirəm!

Dərin hörmət və ehtiramla,

Mahmudova Ceyran, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor

Azərbaycan Respublikası, Bakı şəhəri