Azər Xudiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının üzvləri fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqın böyük etimadını qazanaraq qalib gəlməyiniz münasibətilə Sizi təbrik edir. İlk dəfə suveren Azərbaycan Respublikasının bütün ərazisində baş tutan seçkilərdə Sizin simanızda Müzəffər Sərkərdənin qələbəsi xalqımızın qürur mənbəyidir.
Cənab Prezident, mahir sərkərdəlik, yüksək komandanlığınız sayəsində ölkəmiz haqq savaşından Qalib ölkə kimi çıxdı. Bu gün ölkəmizin nüfuzu dünyanın siyasi arenasında gündən-günə artır. Tərəfdaş və dost ölkələrin siyahısı genişlənir. Bunlar hamısı Sizin müdrik siyasətinizin, öncədən düşünülmüş addımlarınızın sayəsində mümkün olmuşdur. Siz ata vəsiyyətini yerinə yetirdiniz. Bu gün Ulu Öndər Heydər Əliyevin də, şəhidlərimizin də ruhları şaddır.
Xalqımızın adını Qalib millətlər siyahısına qızıl hərflərlə yazan Liderə - Sizə dərin təşəkkürümüzü bildiririk.
Ulu Tanrı Sizi və ölkəmizi qorusun!
Hörmətlə,
Azər Xudiyev,
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.