12 fevral 2024, 18:21

Əfqan Salmanovdan, Xarkov, Ukrayna

Hörmətli cənab Prezident,

İcazə verin, Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımızın böyük səs çoxluğunu qazanaraq qələbə çalmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim.

Ölkə başçısı olduğunuz müddətdə qarşınıza qoyduğunuz bütün vəzifələr – Azərbaycanımızın daha da çiçəklənməsi, torpaqlarımızın düşməndən azad edilməsi məhz Sizin əzminiz və dərin strateji xəttiniz sayəsində həyata keçmişdir.

Hörmətli cənab Prezident, Azərbaycanın və xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə uğurlar diləyirəm. Biz, Ukraynada yaşayan həmvətənlər olaraq Sizin liderliyiniz ilə həyata keçirilən daxili və xarici siyasəti tam şəkildə dəstəkləyirik. Biz ana yurdumuzun inkişafını sevinclə qarşılayır və bu işdə Sizə tam dəstəyimizi ifadə edirik.

Bütöv Azərbaycan sevincini bəxş etdiyiniz xalqın Lideri olaraq, Siz ata nəsihətinə sadiq qalan bir ölkə rəhbəri kimi Ukraynada yaşayan azərbaycanlıların böyük sevgisini qazanmısınız.

Ən xoş arzularımı bildirir və inanıram ki, Vətənimiz üçün başlanılan inkişaf yolunda uğur hər zaman Sizinlə olacaqdır!

Hörmətlə,

Əfqan Salmanov

Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu

Ukrayna, Xarkov şəhəri.