12 fevral 2024, 18:10

Sənan Mənsimlidən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi təhsil işçiləri adından növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə ürəkdən təbrik edirik. Yenidən Azərbaycan dövlətinə başçılıq etməyiniz biz təhsil işçilərini sevindirir, parlaq gələcəyimizə atılan addımlarımızı daha mətin və əzmli edir.

Sizin təhsilə göstərdiyiniz diqqət və qayğı, təhsil sahəsində aparılan islahatlar ölkəmizdə bu sahənin daha da inkişafına səbəb olmuşdur. Təhsil işçiləri, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmasında dövlət başçısı olaraq Sizin əməyiniz böyükdür.

Cənab Prezident, bu ali vəzifənizdə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Sənan Famil oğlu Mənsimli

Azərbaycan Respublikası, Salyan şəhəri.