12 fevral 2024, 17:52

Sahibə Abdullayevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə İsmayıllı rayon mədəniyyət işçiləri adından səmimi-qəlbdən təbrik edirəm. Məhz Sizin çoxşaxəli, üzaqgörən siyasətiniz və rəhbərliyiniz sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan mədəniyyətinin tərəqqisi və inkişafı sahəsinə verdiyiniz böyük diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan daha da inkişaf edəcək, güclənəcəkdir.

Sizə müstəqil və firavan Azərbaycanın uğurla inkişaf etdirilməsində, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

İsmayıllı rayon mədəniyyət işçiləri adından hörmətlə,

Sahibə Abdullayeva,

Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medallı

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.