12 fevral 2024, 17:45

Tural Vəlizadədən, Laçın, Azərbaycan

Möhtərəm cənab Prezident!

İcazə verin Sizi yenidən Prezident seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edim. Biz çox xoşbəxt xalqıq ki, taleyimiz uzun illərdir etibarlı əllərdədir. Elə buna görə də, xalqımız Sizi yenidən özünə Rəhbər seçdi.

Cənab Prezident, bu qələbə Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və Vətənimizin qlobal arenada daha da güclənməsi yolunda apardığınız siyasi kursa ümumxalq dəstəyini tam təsdiq edir.

Biz daim Sizinləyik.

Tanrı Sizi və ailənizi qorusun.

Səmimiyyətlə,

Vəlizadə Tural Akif oğlu,

Qərbi Kaspi Universitetinin əməkdaşı

Azərbaycan Respublikası, Laçın şəhəri.